Quru Qoşunlarında “Konstitusiya və Suverenlik ili” ilə bağlı tədbirlər keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin hazırlıq planına əsasən, “Konstitusiya və
Suverenlik ili” ilə əlaqədar Quru Qoşunlarının hərbi hissələrində
silsilə tədbirlər keçirilib.

Trend xəbər
verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, tədbirlər zamanı Ümummilli Lider Heydər Əliyevin
və Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirələri bir
dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni
səsləndirilib.




Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin
ölkəmizdə “Konstitusiya və Suverenlik ili” elan edilməsinin önəmini
qeyd ediblər. Bildirilib ki, bu qərar hüquqi, siyasi və ictimai
sahələrdə xüsusi əhəmiyyət daşıyır və ölkənin inkişaf prosesinə
mühüm töhfələr verir.

Tədbirlərin davamında Ali Baş Komandanın rəhbərliyi altında
Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə, bu
Zəfərin əldə olunmasında xalqın misilsiz birliyi və igid
döyüşçülərimizin qəhrəmanlıqları xatırlanıb, şəhidlərin əziz
xatirəsinin hər zaman hörmətlə anılacağı vurğulanıb.
Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa
işlərinin, eləcə də Böyük Qayıdışın dövlətimizin və xalqımızın
Vətən torpaqlarına verdiyi yüksək dəyərin bariz nümunəsi olduğu
diqqətə çatdırılıb.