Azərbaycan Yüksək Liqasında VII turun açılış matçında “Azərreyl” qələbə qazanıb

Baş səhifə
Azərbaycan Yüksək Liqasında VII turun açılış matçında Azərreyl qələbə qazanıb

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII tura start verilib.

“Report”un məlumatına görə, ilk oyun günündə “Azərreyl” “Gənclər” kollektivinə 3:0 (25:16, 25:15, 25:12) hesabı ilə qalib gəlib.

Görüş Abşeron Olimpiya İdman Kompleksində keçirilib.

Qeyd edək ki, tura dekabrın 17-də yekun vurulacaq.