Fransada azərbaycanlı musiqi qrupunun növbəti uğuru (FOTO)

Baş səhifə

Bakı. Trend:

Fransada fəaliyyət göstərən “Duo Avey” musiqi qrupunun üzvləri —
Eldəniz Ələkbərzadə və Ağarəhim Quliyev — Fransanın məşhur “La
Marianne” musiqi müsabiqəsində ikinci yerə layiq görülüblər.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.




Bildirilib ki, peşəkarlığı, fərdi musiqi yanaşması və səhnə
mədəniyyəti ilə münsiflərin və tamaşaçıların böyük rəğbətini
qazanıb.

Azərbaycan bəstəkarlarının əsərlərini Fransız auditoriyasına
təqdim etmək və ölkəmizin zəngin musiqi irsini beynəlxalq müstəvidə
tanıtmaq missiyası ilə seçilən “Duo Avey”in üzvləri həm solo
ifaları ilə, həm də müxtəlif musiqiçilərlə birgə əməkdaşlıq
layihələri vasitəsilə uğurlu fəaliyyət göstərirlər.