“Milan” yarımmüdafiəçisi ilə yeni müqavilə imzalayıb

Baş səhifə

Bakı. Trend:

“Milan”ın yarımmüdafiəçisi Aleksis Salemakerslə yeni müqavilə
imzalayıb.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə insayder Fabritsio Romano
məlumat yayıb.




26 yaşlı futbolçu ilə müqavilə 2030-cu ilin yayına qədər nəzərdə
tutulub. Bildirilib ki, belçikalı oyunçu mövsümdə 3,5 milyon avro
maaş alacaq.

Xatırladaq ki, Salemakers 2020-ci ildən bəri Milanda oynayır.
Yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 18 matç keçirib, 2 qol
vurub və 4 məhsuldar ötürmə verib.