
Bakı. Trend:
Bu ilin yanvar – noyabr ayları ərzində Naxçıvan Muxtar
Respublikası üzrə istehlakçılara 1,6 milyon manatdan çox əlavə
dəyər vergisi (ƏDV) məbləği geri qaytarılıb ki, bu da ötən ilin
eyni dövrü ilə müqayisədə 25,3 faiz çoxdur.
Trend xəbər
verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidməti məlumat yayıb.
Məlumata görə, layihənin icrası müddətində istehlakçılara
qaytarılan məbləğ 3,9 milyon manatdan çox olub.
“Bundan başqa, yeni nəsil nəzarət – kassa aparatlarından (NKA)
istifadənin genişlənməsi hesablaşmaların daha şəffaf aparılmasına,
malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə
nəzarətin gücləndirilməsinə şərait yaradıb. 2025-ci ilin 11 ayında
Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 457
milyon manatdan artıq olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə
müqayisədə 91 milyon manat və ya 24,9 faiz çoxdur”, – məlumatda
qeyd edilib.

