
Bakı. Trend:
Bu ilin yanvar-sentyabr ayları ərzində İsveçrədən Azərbaycana
birbaşa xarici investisiyaların həcmi 283,982 milyon ABŞ dolları
təşkil edib.
Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 236,331
milyon dollar və ya 6 dəfə çoxdur.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi
həcmində İsveçrədən olan investisiyaların payı 6% təşkil edib.
Azərbaycan isə öz növbəsində cari ilin ilk 9 ayı ərzində İsveçrə
iqtisadiyyatına 28,822 milyon dollar sərmayə qoyub ki, bu, ötən
ilin eyni dövrü ilə müqayisədə 18,921 milyon dollar və ya 39,6%
azdır.
Birbaşa xarici investisiyaların ümumi həcmində İsveçrəyə
yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 1,4% təşkil
edib.
2024-cü ilin ilk 9 ayı ərzində İsveçrədən Azərbaycana birbaşa
xarici investisiyaların ümumi həcmi 47,651 milyon dollar,
Azərbaycandan isə bu ölkəyə yatırımların həcmi 47,743 milyon dollar
təşkil etmişdi.
Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycan
iqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ
dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki
göstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artım
deməkdir.
Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xarici
iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə
2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9
ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya
47,7% çoxdur.

