
Bakı. Trend:
Cari ilin ilk 9 ayı ərzində Asiya İnkişaf Bankı (AİB) tərəfindən
Azərbaycana birbaşa xarici investisiyaların həcmi 5,464 milyon ABŞ
dolları təşkil edib.
Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 14,396
milyon dollar və ya 3,6 dəfə azdır.
Ötən ilin yanvar-sentyabr aylarında Asiya İnkişaf Bankının
Azərbaycana birbaşa xarici investisiyaların həcmi 19,860 milyon
dollara bərabər idi.
Hesabat dövründə Azərbaycana birbaşa xarici investisiyaların
ümumi həcmində AİB-dən olan investisiyaların payı 0,1% təşkil
edib.
Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycan
iqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ
dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki
göstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artım
deməkdir.
Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xarici
iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə
2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9
ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya
47,7% çoxdur.

