
Bakı. Trend:
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin
əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilib.
Trend xəbər verir ki, bununla
bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar
Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi və ali xüsusi
rütbələr verilsin:
“general-leytenant” ali hərbi rütbəsi
general-mayor Adil Ələsgər oğlu Abdullayevə
“general-mayor” ali hərbi rütbəsi
polkovnik Fərhad Nəriman oğlu Səmədova
polkovnik Seymur Taleh oğlu Qaraşova
“daxili xidmət general-mayoru” ali xüsusi
rütbəsi
daxili xidmət polkovniki Vaqif Tofiq oğlu İbrahimova.

