Mirzoyan: Aİ-nin Cənubi Qafqazda infrastruktur layihələrində iştirakını alqışlayırıq

Baş səhifə
Mirzoyan: Aİ-nin Cənubi Qafqazda infrastruktur layihələrində iştirakını alqışlayırıq

Brüsseldə Avropa İttifaqının (Aİ) Xarici İşlər üzrə Şurasının iclasında Ermənistan və Aİ arasında tərəfdaşlığın əsas nailiyyətləri müzakirə edilib.

“Report”un Avropa bürosunun məlumatına görə, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərin suallarına cavab verərkən bildirib.

Onun sözlərinə görə, iclas Aİ diplomatiyasının rəhbəri Kaya Kallasın sədrliyi ilə keçirilib və iqtisadi əməkdaşlıqdan təhlükəsizlik sahəsində dayanıqlılığın gücləndirilməsinədək geniş məsələləri, o cümlədən hibrid təhdidlərə qarşı mübarizə və Avropa Sülh Dəstək Mexanizmi çərçivəsində yardımı əhatə edib.