Ermənistan Müdafiə Nazirliyi: Azərbaycanla sərhəddə vəziyyət sakitdir

Baş səhifə
Ermənistan Müdafiə Nazirliyi: Azərbaycanla sərhəddə vəziyyət sakitdir

Ermənistan-Azərbaycan sərhədində vəziyyət sakit olaraq qalır.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Suren Papikyan bildirib.

“Ermənistan-Azərbaycan sərhədində vəziyyət hazırda sakitdir. Narahatlığa səbəb yoxdur”, – deyə o qeyd edib.

Erməni nazir həmçinin qeyd edib ki, əsas problemi hava şəraiti yaradır, buna görə də hərbçilərimiz fasiləsiz rabitənin təmin edilməsi üçün gücləndirilmiş növbətçilik rejiminə keçəcək.