Xarici ticarət balansında 5.6 milyard dollar həcmində profisit yaranıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin 9 ayı üzrə xarici ticarət dövriyyəsi 30.8 milyard
dollar təşkil edib, neft-qaz sektoru üzrə 14.0 milyard dollar
həcmində profisit qeyri-neft-qaz sektoru üzrə 8.4 milyard dollar
həcmində kəsiri bağlayıb. Nəticədə hesabat dövründə xarici ticarət
balansında 5.6 milyard dollar həcmində profisit yaranıb.

Trend bu barədə
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.




“2025-ci ilin 9 ayında Azərbaycanın dünyanın 179 ölkəsi ilə
ticarət əlaqələri olub. Xarici ticarətin 12.1%-i MDB üzvü olan
ölkələrin, 87.9%-i isə digər xarici ölkələrin
payına düşür”, – məlumatda qeyd edilib.