“Qalatasaray” məni qovana qədər buradayam” –

Baş səhifə

“Qalatasaray”ın ulduz futbolçusu Viktor Osimen İstanbul klubunda oynamaqdan məmnun olduğunu bildirib. Nigeriyalı qolçu həm “Qalatasaray”ı, həm də İstanbulu çox sevdiyini deyib.

Metbuat.az xəbər verir ki, 26 yaşlı futbolçu indiyə qədər top qovduğu heç bir komandada özünü bu qədər xoşbəxt hiss etmədiyini vurğulayıb.

O, sarı-qırmızılı komandanın şərəfini qoruduğu üçün özünü qürurlu hiss etdiyini söyləyib: “Qalatasaray” mənim ailəmdir. Özümü bu mühitdə çox rahat hiss edirəm. Həm İstanbul, həm də “Qalatasaray” mənə doğmadır. “Qalatasaray” məni qovana qədər burada olacağam”.

Qeyd edək ki, Viktor Osimen 2025-ci ildə “Qalatasaray” forması ilə çıxdığı 34 matçda 30 qol vurub. Hazırda o, bu nəticə ilə Avropanın üçüncü ən çox qol vuran oyunçusudur.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.