
Bakı.Trend:
Fransa mətbuatında azərbaycanlı fotoqraf Nicat Kazımovun
Azərbaycanın “Ritm” rəqs qrupunun Avropadakı çıxışlarından bəhs
edən “Derrière la scène” (Səhnə arxası) adlı fotoreportajı
yayımlanıb.
Trend xəbər verir ki, bu
barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Fotoreportajda “Ritm” rəqs qrupunun səhnəarxası hazırlıq
prosesindən, gündəlik fəaliyyətindən, eləcə də heyrətamiz
ifalarından fotolar və məlumatlar yer alıb. Qrupun Azərbaycan
mədəniyyətinin bənzərsiz elementlərini yüksək peşəkarlıqla təqdim
etdiyinə diqqət çəkilib.
Qeyd edək ki, “Ritm” rəqs qrupu İsveçrənin Bazel şəhərində “Azərbaycan İsveçrə ilə Xəzərdən Alp dağlarınadək hərəkətlərin
ahəngində qovuşur – Mədəniyyətlər Körpüsü” (“Azerbaijan Meets
Switzerland in Harmony of Movements – From the Caspian to the Alps,
Bridge of Cultures”) adlı tədbirdə səhnəyə çıxıb. Qrupun dinamik,
milli-mənəvi dəyərlərlə zəngin çıxışları Azərbaycan mədəniyyətinin
gözəlliyini bir daha nümayiş etdirib və böyük maraqla
qarşılanıb.
Fotoreportajla ətraflı şəkildə aşağıdakı linkdən tanış olmaq
mümkündür:
https://streetphotographyfrance.fr/derriere-la-scene-nijat-kazimov/

