Xidmətlər balansının kəsiri 13% azalıb

Baş səhifə

Bakı. Trend:

Tədiyə balansının əsas komponentlərindən olan xidmətlər balansı
kəsrlidir. Lakin buna baxmayaraq xidmətlər balansının kəsiri ötən
ilin ilk 9 ayına nisbətən 13% azalıb.

Trend xəbər
verir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika
departamentinin direktoru Samir Nəsirov tədiyə balansının
açıqlanmasına həsr olunmuş brifinqə deyib.

Onun sözlərinə görə, bu kəsiri formalaşdıran əsas amillər
neft-qaz sektoru ilə əlaqədardır: “Belə ki, neft-qaz sektorunda
göstərilən tikinti və digər işgüzar xidmətlər xidmətlər balansının
kəsirini şərtləndirən əsas amillərdir.




Lakin artıq bir müddətdir ki, tədiyə balansında xidmətlər
balansı bölməsində nəqliyyat və turizm xidmətləri profisitli olub.
Belə ki, bu ilin ilk 9 ayında nəqliyyat xidmətlərinin profisiti
xalis olaraq 1,3 milyard dollara çatıb. Bu isə ötən ilin eyni
dövrünə nisbətən 50% artım deməkdir. Nəqliyyat xidmətlərinin
profisiti dedikdə neft-qaz ixracı ilə bağlı gəlirlər nəzərdə
tutulur. Həmçinin burada sərnişindaşıma və yükdaşıma xərcləri də
qeyd olunmalıdır”.

“Turizm xidmətləri isə bu ilin ilk 9 ayında 320 milyon dollarlıq
xalis profisitlə yekunlaşıb. Bunun əsas səbəbi ölkəyə gələn xarici
turistlərə əlaqədardır. Belə ki, Bu dövrdə ölkəyə 1,948 milyon
nəfər turist gəlib”, – S. Nəşrdə əlavə edib.