Rusiya Avropa üçün bir nömrəli təhdiddir – Finlandiya prezidenti

Baş səhifə

Bakı. Trend:

Rusiya Avropa üçün bir nömrəli təhdiddir.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, belə bir bəyanatla Finlandiyanın
prezidenti Aleksandr Stubb çıxış edib.




O, Rusiyanın Qərbin təhlükəsizliklə bağlı əsas probleminin
olduğunu vurğulayıb.

“Rusiya Avropa üçün və bütövlükdə Qərb dünyası üçün bir nömrəli
təhdiddir. Rusiya Qış müharibəsi və Davam müharibəsi
(SSRİ-Finlandiya müharibəsi / 1941–1944-red.)zamanı bizi işğal
etməyə cəhd göstərib. Biz Rusiyanın qonşuları arasında həqiqi
müstəqilliyini qoruyub saxlaya bilmiş yeganə ölkə olmuşuq. Bununla
belə, ərazilərimizin on faizini itirmişik”, – deyə Stubb
bildirib.