“Real Madrid” səfərdə qələbə qazanıb – İspaniya La Liqası

Baş səhifə

Bakı. Trend:

İspaniya La Liqasının XVI turu çərçivəsində “Alaves” öz
meydanında “Real Madrid”i qəbul edib.

Trend-in
məlumatına görə, qarşılaşmada ilk qol birinci hissənin ortalarında
qeydə alınıb. Görüşün 24-cü dəqiqəsində qonaq komandanın üzvü
Mbappe hesabı açıb.




Oyunun 68-ci dəqiqəsində Visente tarazlığı bərpa edib. “Real
Madrid”in qələbə qoluna isə 76-cı dəqiqədə Rodriqo imza atıb.