Bakı. Trend:
Çilidə keçirilən prezident seçkilərinin ikinci turunda
müxalifətçi mühafizəkar siyasətçi Xose Antonio Kast qalib
gəlib.
Tremd-in məlumatına görə, bu barədə ölkənin seçki xidmətinin
seçki məntəqələrinin 83,43%-dən səsləri saydıqdan sonra dərc etdiyi
nəticələrində qeyd olunub.
Kast səslərin 58,61%-ni, hakim mərkəz-sol koalisiyası olan “Çili
üçün Birlik”i təmsil edən rəqibi JAnett Hara isə 41,39%-ni
toplayıb. O, artıq məğlubiyyətini etiraf edib və Kastı qələbəsi
münasibətilə təbrik edib.
Kast hökumətin iqtisadiyyata müdaxiləsinin azaldılmasını və
cinayətkarlıq və qanunsuz immiqrasiya ilə mübarizə üçün daha sərt
tədbirlərin görülməsini müdafiə edir.

