Bakı. Trend:
Mərakeşin Safi vilayətində şiddətli yağışların yaratdığı
daşqınlar nəticəsində ölənlərin sayı 14-ə çatıb.
Trend-in məlumatına görə, bu barədə “TanjaNews” portalı xəbər
verib.
Məlumata əsasən, 30-dan çox insan yaralanaraq xəstəxanaya
yerləşdirilib.
Daşqın nəticəsində vilayətin inzibati mərkəzi olan Safi şəhərinə
külli miqdarda maddi ziyan dəyib. Agentliyin məlumatına əsasən,
orada ən azı 70 yaşayış binası və mağaza su altında qalıb, yolun
bir hissəsi isə zədələnib.

