Bakı. Trend:
Kolumbiyanın şimal-qərbində məktəb avtobusunun qəzaya uğraması
nəticəsində ən azı 16 nəfər ölüb, təxminən 20 nəfər yaralanıb.
Trend-in
məlumatına görə, bu barədə “El Tiempo” qəzeti xəbər verib.
Məlumata əsasən, Bello bələdiyyəsindəki Liceo Antiokenyo təhsil
müəssisəsinin məzunlarını daşıyan turist avtobusu idarəetməni
itirərək yoldan çıxaraq dərəyə düşüb. Qəza zamanı, müxtəlif
hesablamalara görə, avtomobildə 35 ilə 45 arasında sərnişin
olub.
İlkin olaraq, regional mənbələr ən azı 16 ölü və 19 yaralı
olduğunu bildirib. Lakin hakimiyyət orqanları son ölənlərin sayının
hələ təsdiqlənmədiyini açıqlayıb.
Milli Yol Təhlükəsizliyi Agentliyi hadisədən bir neçə saat sonra
hakimiyyət orqanlarının qəzanın səbəbləri ilə bağlı araşdırma
başlatdığını bildirib.

