Bakı. Trend:
İngiltərə Premyer Liqasının 16-cı turunda “Mançester Siti”
futbol klubu səfərdə “Kristal Pelas”a böyük hesabla qalib
gəlib.
Trend-in məlumatına görə, Londonda keçirilən matç 0:3 hesabı ilə
başa çatıb.
Qonaqların heyətində Erlinq Haland iki qol vurub (41-ci və 88-ci
dəqiqələrdə penaltidən), daha bir qolu Fil Foden vurub (69).
“Mançester Siti” ardıcıl beşinci qələbəsini qazandı (Çempionlar
Liqası da daxil olmaqla) və Premyer Liqa turnir cədvəlində lider “Arsenal”dan iki xal geridə qalaraq ikinci yerdədir.

