ABŞ Suriyada patrula hücuma görə məsul olanları məsuliyyətə cəlb edəcək

Baş səhifə

Bakı. Trend:

ABŞ administrasiyası Palmira ərazisində Suriya-Amerika patruluna
hücumun təşkilində məsul olanları məsuliyyətə cəlb edəcək.

Trend-in məlumatına görə, bu barədə AB> Dövlət Departamenti
dövlət katibi Marko Rubio ilə keçid dövründəki Suriya hökumətinin
Xarici İşlər Nazirliyinin rəhbəri Əsəd əl-Şeybani arasında telefon
danışığından sonra yayımlanan açıqlamada bildirib.




“Xarici işlər naziri əş-Şeybani başsağlığı verib və Suriya
hökumətinin İŞİD-in yaratdığı ümumi təhlükəni azaltmaq və aradan
qaldırmaq qətiyyətini bir daha təsdiqləyib. ABŞ amerikalılara zərər
verən və ya onları təhdid edən hər kəsi məsuliyyətə cəlb edəcək”, –
deyə qeyd olunub.