Bakı. Trend:
İsrail Müdafiə Ordusu bazar günü Livanın cənubundakı “Hizbullah”
qruplaşmasının mövqelərinə qarşı yeni bir sıra hücumlar həyata
keçirib.
Trend-in məlumatına görə, bu barədə Yaxın Şərq KİV-ləri xəbər
verib.
“Ordu Livanın cənubundakı bir neçə ərazidə Hizbullahın üç
terrorçusuna zərbə endirib”, – deyə İsrail hərbi komandanlığından
bildiriblər.
İsrail tərəfinin məlumatına əsasən, Hizbullah döyüşçüləri qrupun
əvvəllər dağıdılmış infrastrukturunu bərpa etməyə çalışırdılar və
buna görə də hərbçilər zərbələr endirmək qərarına gəliblər.
Livan Səhiyyə Nazirliyi öz növbəsində İsrailin hava zərbələri
nəticəsində iki nəfərin öldüyünü və daha bir nəfərin yaralandığını
bildirib.

