Azərbaycan və Özbəkistan arasında mədəni əməkdaşlıq hər il zənginləşir – Səfir

Baş səhifə

Bakı. Trend:

Azərbaycanla Özbəkistan arasında mədəni əməkdaşlıq hər il
inkişaf edir və zənginləşir.

Bunu Trend
Özbəkistan Mədəniyyət Günlərinin açılış mərasimində Özbəkistanın
Azərbaycandakı səfiri Bəhrom Əşrəfxanov bildirib.

Onun sözlərinə görə, hazırkı Mədəniyyət Günləri genişləndirilmiş
proqram və daha geniş coğrafi əhatə dairəsi ilə fərqlənir.

“Bu gün bütün həftəni əhatə edəcək geniş bir mədəni proqramın
yalnız başlanğıcı idi. Geniş auditoriya üçün ümumi konsert proqramı
təqdim etdik”, – deyə o qeyd edib.

Səfir açılış mərasimində dövlət qurumlarının nümayəndələrinin,
parlament üzvlərinin, diplomatik nümayəndəliklərin rəhbərləri və
nümayəndələrinin, eləcə də Özbəkistan klassik və müasir musiqisinin
həvəskarları iştirak etdiyini bildirib.

O, konsert proqramının xüsusi olaraq Azərbaycan ictimaiyyəti
üçün hazırlandığını və həm qədim mədəni ənənələri, həm də müasir
incəsənət tendensiyalarını əks etdirdiyini vurğulayıb.




“Proqramda Özbəkistanın müxtəlif bölgələrindən — Səmərqənd və
Buxaradan Daşkənd və Xarəzməyə qədər — musiqi və xoreoqrafiya
təqdim olunub. Repertuar, geyimlər və səhnə dekorasiyaları
mədəniyyətimizin genişliyini və dərinliyini nümayiş etdirir”, –
deyə o bildirib.

Səfirin sözlərinə görə, proqramda özbək əsərləri ilə yanaşı,
Azərbaycan mahnıları və rəqsləri də yer alıb ki, bu da tədbirlərə
əməkdaşlıq xarakteri verib.

O qeyd edib ki, mədəni tədbirlər qarşıdakı günlərdə də davam
edəcək. “Novruz” rəqs qrupu Heydər Əliyev Sarayında çıxış edəcək,
Azərbaycan Dövlət Filarmoniyasında isə ayrıca orkestr konserti
keçiriləcək.

Bundan əlavə, 18 dekabrda Özbəkistan nümayəndə heyəti Füzuli
şəhərinə səfər edəcək və burada yerli sakinlərə musiqi və rəqs
proqramı təqdim olunacaq.

“Biz bütün Azərbaycanı sevindirmək və Özbəkistan mədəniyyətini
təkcə paytaxt ictimaiyyətinə deyil, həm də regionlara çatdırmaq
istəyirik”, – deyə səfir vurğulayıb.