Suriyanın Palmira şəhəri yaxınlığında İŞİD-ə qarşı əməliyyat keçirilir

Baş səhifə

Bakı. Trend:

Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələri Homs
vilayətinin və Suriya səhrasının bir neçə ərazisində İŞİD terror
qruplaşmasına qarşı əməliyyata başlayıb.

Trend-in
məlumatına görə, bu barədə barədə “Əl-İxbariyyə” telekanalı xəbər
verib.




Məlumata əsasən, əməliyyat Palmirada birgə Suriya-Amerika
patruluna edilən hücuma cavab olaraq keçirilir.

Təhlükəsizlik qüvvələrinin nümayəndəsi Əli əl-Sufi bildirib ki,
əməliyyat Suriyanın şərq və cənub-şərq hissələrində, Suriya
səhrasında gizlənən İŞİD ilə əlaqəli silahlılara qarşı yönəlib. “Syria TV”-nin məlumatına əsasən, ABŞ-nin rəhbərlik etdiyi
koalisiya atışma hadisəsindən sonra Palmira və ətraf ərazilərdə
həbs kampaniyası aparır.