
Bakı. Trend:
Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin təntənəli açılış
mərasimi keçirilir.
Trend xəbər verir ki, tədbir
Heydər Əliyev Mərkəzində baş tutur və özbək sənətçilərin və
yaradıcı kollektivlərin iştirakı ilə zəngin konsert proqramı ilə
müşayiət olunur.
Açılış mərasimi Azərbaycan və Özbəkistan arasında mədəni
dialoqun bir hissəsi olmaqla, iki ölkə arasında dostluq
əlaqələrinin möhkəmləndirilməsinə və humanitar əməkdaşlığın
inkişafına xidmət edir.
Tədbirdə mədəniyyət xadimləri, həmçinin paytaxtın qonaqları və
sakinləri iştirak edirlər.
Xəbər yenilənəcək

