
Bakı. Trend:
Ukraynada ədalətli və real atəşkəs variantı “olduğumuz yerdə
qal” prinsipi ola bilər. Bu, o deməkdir ki, tərəflər indiki
mövqelərini qoruyub saxlayırlar və bütün məsələlər diplomatik yolla
həll olunur.
Trend xəbər verir ki, bu
barədə Ukrayna Prezidenti Volodimir Zelenski mediaya müsahibəsində
bildirib. Zelenski bu modelin de-fakto atəşkəs olduğunu, lakin
Rusiyanın buna mənfi baxdığını bildirib.”Bizim “olduğumuz yerdə
qal” siqnalına cavab olaraq ruslar cavab verir ki, Ukrayna
Donbasdan çıxmalıdır, yoxsa onsuz da onu işğal edəcəklər”, – deyə
Zelenski bildirib.
Prezident vurğulayıb ki, Rusiya fəal şəkildə dezinformasiya
yayır, xüsusən də cəbhədəki vəziyyətlə bağlı. O, buna misal olaraq
Kupyanskın guya işğalı və Ukrayna qoşunlarının mühasirəyə alınması
ilə bağlı iddiaları göstərib.”Mən bu yaxınlarda Kupyanskda oldum və
bu şəhərə kimin nəzarət etdiyini göstərdim. Rusiyadan bu kimi çoxlu
dezinformasiyalar gəlir. Ona görə də mən ABŞ həmkarlarımıza işarə
etdim ki, Rusiyanın hər dediyinə inanmasınlar”, – dövlət başçısı
qeyd edib. Zelenskinin sözlərinə görə, Rusiya resurslarına qənaət
etmək üçün Ukraynanın şərqini təkcə hərbi deyil, həm də siyasi və
diplomatik yolla işğal etməyə çalışır. “Sonra ABŞ dedi: “Gəlin
uzlaşaq: Rusiya ordusu Ukraynanın şərqinin bəzi hissələrinə
girməyəcək, Ukrayna Silahlı Qüvvələri isə geri çəkiləcək”. Mən
bunun ədalətli olduğunu düşünmürəm”, – deyə Zelenski bildirib.

