Demet Akalının Bakıda solo konserti baş tutdu –

Baş səhifə

Məşhur təşkilatçı Eyyub Hüseynzadə və onun təsis etdiyi “Anadolu Events” şirkətinin təşkilatçılığı ilə Türkiyənin sevilən pop ulduzu Demet Akalının Bakı Konqres Mərkəzində möhtəşəm solo konserti keçirilib.

Metbuat.az xəbər verir ki, müasir səhnə texnologiyaları, yüksək səviyyəli səs və işıq effektləri ilə müşayiət olunan konsert yüksək enerji ilə qarşılanılıb. Zala toplaşan tamaşaçılar pop musiqisinin kraliçasını böyük coşqu və alqışlarla qarşılayıblar.

Gecə üçün müğənnini dünyaca məşhur stilist Anar Ağakişiyev hazırlayıb. Konsertdə iki geyim dəyişən Demet Akalın səhnə geyimləri ilə tamaşaçıların xüsusi diqqətini çəkib.

Konsert ərzində Demet Akalın uzun illərdir dillər əzbəri olan hit mahnıları ilə yanaşı, son dövrlərdə təqdim etdiyi yeni ifalarını da səsləndirib. Bununla yanaşı, sənətçi bir sıra həmkarlarının repertuarından seçilmiş məşhur mahnıları da özünəməxsus şəkildə ifa edib.

Salonu dolduran tamaşaçılar müğənnini ayaqüstə alqışlayıb, mahnılara birlikdə qoşularaq konsertə xüsusi atmosfer qatıblar.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.