“Zirə”nin futbolçusu ölkəsinin millisinə dəvət alıb

Baş səhifə
Zirənin futbolçusu ölkəsinin millisinə dəvət alıb

“Zirə”nin futbolçusu Rikardo Martins Afrika Millətlər Kubokunda iştirak etmək üçün Mozambik millisinə dəvət alıb.

“Report” Bakı klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu səbəbdən o, Misli Premyer Liqasının XV turunda “İmişli”yə qarşı matçda iştirak edə bilməyəcək.

Yarımmüdafiəçi sabah yığmanın düşərgəsinə qoşulacaq.