Almaniyada bıçaqlı hücumdan sonra genişmiqyaslı polis əməliyyatı aparılır

Baş səhifə

Bakı. Trend:

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Berqkamen
şəhərində genişmiqyaslı polis əməliyyatı keçirilir.

Trend xəbər verir
ki, bu barədə “Spiegel” məlumat yayıb.

Hadisəyə səbəb şənbə günü səhər saatlarında 20 yaşlı kişinin bir
qadına və onun dörd uşağına bıçaqla hücum etməsi olub. Hücum
nəticəsində səkkiz yaşlı uşaq ağır yaralanıb. Digər uşaqların da
müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir. Şübhəli şəxs hələ
də saxlanılmayıb.




Məlumata görə, hücum yerli vaxtla saat 5:30-da 26 yaşlı qadının
mənzilində baş verib. Kişi əvvəlcə qadına, daha sonra isə uşaqlara
hücum edib. Xəsarət alanlar arasında üç, beş, yeddi və səkkiz yaşlı
uşaqların olduğu qeyd olunur.

Bildirilir ki, hücum edən şəxs ötən yay yetkinlik yaşına
çatmayanlara qarşı törətdiyi cinayətlərə görə şərti cəza almış
qadınla tanış olub. Polis hadisə ilə bağlı axtarış tədbirlərini
davam etdirir.