
Bakı. Trend:
Belarus hökuməti yaxın aylarda daha min məhkumu azad edə
bilər.
Trend xəbər verir
ki, bu proqnozu ABŞ Prezidentinin Belarus üzrə xüsusi nümayəndəsi
Con Koul açıqlayıb. O bildirib: “Düşünürəm ki, bu, nəinki mümkün,
hətta gözləniləndir. Düzgün yoldayıq, impuls var”.
Qeyd edək ki, daha əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko
123 məhkumu əfv edib.
Minskdə iki gün ərzində Lukaşenko və Koul arasında ikitərəfli
münasibətlərin normallaşdırılması məsələləri müzakirə olunub.
Danışıqlar bağlı qapı arxasında keçirilib.
Dekabrın 13-də Con Koul bildirib ki, Vaşinqton Prezident Donald
Trampın qərarı ilə Belarusun kalium sektoruna tətbiq olunan
sanksiyaları aradan qaldırıb.

