Kamboca-Tailand sərhədi bağlanıb, münaqişə davam edir

Baş səhifə

Bakı. Trend:

Kamboca gərginləşən münaqişə fonunda Tailandla bütün sərhəd
keçid məntəqələrini bağlayıb.

Trend-in
məlumatına görə, bu barədə Kamboca Daxili İşlər Nazirliyi bəyanat
yayıb.

Nazirlik qərarın “sərhəddə Tailand tərəfinin Kambocanın
suverenliyinə qarşı təcavüz aktları törətdiyi son hadisələr
fonunda” qəbul edildiyini bildirib. Məhdudiyyət dekabrın 13-dən
qüvvəyə minib və qeyri-müəyyən müddətə davam edəcək.




Qeyd olunur ki, ötən həftəsonu Tailand və Kambocanın sərhəd
bölgələrində döyüşlər yenidən başlayıb. Son məlumatlara görə,
Tailand tərəfi sərhəddəki qarşıdurmalar zamanı 14 hərbçisini itirib
və 120-dən çox şəxsi yaralanıb. Kamboca hakimiyyəti isə 11 nəfərin
öldüyünü və 74 nəfərin yaralandığını açıqlayıb.

Döyüşlər səbəbindən Taylandın sərhəd əyalətlərində təxminən
400.000 sakin təxliyə olunub, Kambocada isə 300.000-dən çox insan
evlərini tərk etmək məcburiyyətində qalıb.