
Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampla əldə olunan razılaşmalar çərçivəsində və onun xahişi ilə 123 xarici ölkə vətəndaşını əfv edib.
Metbuat.az xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti “BELTA”ya açıqlama verib.
Bildirilib ki, qərar Belarusun kalium sahəsinə qarşı tətbiq edilmiş qanunsuz sanksiyaların ləğvi və ölkəyə yönəlmiş digər sanksiyaların aradan qaldırılması prosesinin praktik mərhələyə keçməsi ilə bağlıdır. Əfv olunan şəxslər casusluq, terrorçuluq və ekstremist fəaliyyətlə bağlı cinayətlərdə təqsirli bilinərək məhkum edilmiş müxtəlif ölkələrin vətəndaşlarıdır.
Qeyd edək ki, Lukaşenkonun noyabrın sonundan etibarən imzaladığı əfv qərarları ilə azadlığa buraxılanların ümumi sayı 156 nəfərə çatıb.

