Rəşad Sadıqov: “Şamaxı” ilə oyunda hər iki komanda əzmkar oynadı”

Baş səhifə
Rəşad Sadıqov: Şamaxı ilə oyunda hər iki komanda əzmkar oynadı

Misli Premyer Liqasının XV turunda keçirilmiş “Şamaxı” – “Zirə” oyununda hər iki komanda əzmkar oyun nümayiş etdirib.

“Report”un məlumatına görə, bu barədə paytaxt təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov açıqlama verib.

Mütəxəssis 1:2 hesabı ilə uduzduqları matçla bağlı fikirlərini bölüşüb:

“Gərgin qarşılaşma oldu. Ümumiyyətlə çempionatda heç bir matç rahat keçmir. Hər iki komanda meydanda əzmkar oyun nümayiş etdirdi. Birinci hissə bizim üçün uğurlu oldu, hesabda önə keçdik. Fasilədə danışdıq ki, rəqib ikinci hissənin əvvəlində fəal olacaq, daha diqqətli olmalıyıq. Amma təəssüflər olsun ki, birinci qol rəqibin gözlədiyimiz hücumundan vuruldu. Diqqətsizlik etdik və “Şamaxı” fərqləndi. Daha sonra penalti təyin edildi. İkinci qoldan sonra çoxlu qol epizodlarımız oldu. Belə epizodlar qol olmursa, həmin matçda qalib gəlmək müşkülə çevrilir”.

Sadıqov bu görüşdən nəticələr çıxarıb növbəti qarşılaşmalara köklənəcəklərini söyləyib:

“Hücum xəttində 4 futbolçunu birdən itirmişik. Bu itkilər bizi çox yordu, bir çox oyunlarda özünü hiss etdirdi. Bu gün 4 hücumameyilli oyunçudan istifadə edə bilmədik. Bu, bizim hücumu gücləndirməyimizə mane olur”.