“Qalatasaray” “Real”ın müdafiəçisi ilə maraqlanır

Baş səhifə

Bakı. Trend:

“Real”ın müdafiəçisi Antonio Rüdiger karyerasını Türkiyə Super
Liqasında davam etdirə bilər.

Trend bu barədə xarici
KİV-lərə istinadən xəbər verir.




“Qalatasaray” almaniyalı futbolçunu transfer etmək istəyir.
İstanbul nəhənginin baş məşqçisi Okan Buruk rəhbərlikdən Rüdigerin
heyətə cəlb olunmasını istəyib.

Qeyd edək ki, Antonio Rüdiger 2022-ci ilin yayından “Real”da
çıxış edir.