Süni intellektin köməyi ilə meymunçiçəyi peyvəndində mühüm irəliləyiş əldə edilib

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Texas Universitetinin (UT Austin) alimləri süni
intellektdən istifadə edərək meymunçiçəyi (mpox) virusuna qarşı
güclü qoruyucu antikorları stimullaşdıran az tanınan bir zülalı
müəyyən ediblər. Siçanlar üzərində aparılan sınaqlarda bu zülalın
güclü immun reaksiyası yaratdığı müşahidə olunub.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, tədqiqatçılar bu kəşfin gələcəkdə
daha sadə və effektiv mpox peyvəndləri və müalicələrinin
hazırlanmasına yol aça biləcəyini düşünürlər. Həmçinin, bu
irəliləyiş çiçək xəstəliyinə qarşı mübarizədə də önəmli rol oynaya
bilər.

“Əgər süni intellekt olmasaydı, bu hədəfi tapmaq illərimizi
alardı”, – tədqiqat qrupunun rəhbəri McLellan bildirib.




Onun sözlərinə görə, bu zülal daha əvvəl nə peyvənd, nə də
antikorların inkişafı üçün nəzərdən keçirilməmişdi.

Qeyd edək ki, meymunçiçəyi yayıldığı vaxt 150.000-dən çox insanı
xəstələndirib, təxminən 500 nəfər ölüb. Səhiyyə rəsmiləri həssas
qrupa daxil insanları qorumaq üçün çiçək peyvəndindən istifadə
edib, lakin bu peyvəndlər baha başa gəlir və istehsalı
çətindir.