Rəşad Nəbiyev “Nvidia” rəsmisi ilə bu məsələləri müzakirə edib

Baş səhifə

Azərbaycan “Nvidia” şirkəti ilə strateji sahələrdə texnologiyaların tətbiqi üzrə birgə təşəbbüsləri müzakirə edib.

Metbuat.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Müzakirələr R.Nəbiyevin ABŞ-yə səfəri çərçivəsində “Nvidia” şirkətinin qlobal süni intellekt təşəbbüsləri üzrə vitse-prezidenti Kalista Redmond ilə görüşdə olub.

Görüş zamanı Azərbaycan və “Nvidia” arasında əməkdaşlıq çərçivəsində suveren milli süni intellekt platformalarının qurulması və yüksək hesablama gücünə əsaslanan dövlət xidmətlərinin modernizasiyası üzrə imkanlar müzakirə edilib.

“Həmçinin suveren süni intellekt ekosisteminin əsas elementləri və iştirakçıları, startapların inkişafı, süni intellekt üzrə kadr hazırlığı və “Nvidia” texnologiyalarının strateji sahələrdə tətbiqi üzrə birgə təşəbbüslər barədə fikir mübadiləsi apardıq”, – deyə nazir vurğulayıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.