İkardiyə 4 ölkədən təklif gəldi

Baş səhifə

“Qalatasaray”ın argentinalı ulduzu Mauro İkardi ilə bağlı qeyri-müəyyənlik davam edir. Qolçu futbolçunun İstanbul klubu ilə müqaviləsi bu ayın sonunda başa çatsa da, onun karyerasına sarı-qırmızılı forma ilə davam edib-etməyəcəyi bəlli deyil.

Metbuat.az xəbər verir ki, İkardini gələn il öz heyətində görmək istəyən komandaların sayı artmaqda davam edir. İtaliya mediasının yazdığına görə, Meksika, Braziliya, Qətər və Səudiyyə Ərəbistanının bir neçə tanınmış klubu argentinalı futbolçuya elçi düşüb.

“İkardinin 36 yaşı yoxdur. O, hələ bir neçə il top qova bilər”,- İtaliya mətbuatı yazıb.

Atdığı mükəmməl qollarla sarı-qırmızılı tərəfdarın əbədi sevgisini qazanan ulduz futbolçunun “Qalatasaray”la münasibətləri aydınlaşdırandan sonra gələn təklifləri dəyərləndirəcəyi bildirilir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.