Bakı. Trend:
Transfermarkt portalı futbolçuların bazar dəyərlərini
yeniləyib.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, yenilənmədən sonra “Real”ın hücumçusu Kilian
Mbappenin qiyməti 20 milyon avro artaraq 200 milyon avroya
yüksəlib.
Bununla da fransalı futbolçu “Barselona”nın yarımmüdafiəçisi
Lamin Yamal və “Mançester Siti”nin hücumçusu Erlinq Holandla eyni
səviyyəyə çatıb. Hazırda bu üç futbolçu dünyanın ən bahalı
oyunçuları hesab olunur.
La Liqada ən çox bahalaşan futbolçu isə “Real”ın
yarımmüdafiəçisi Arda Güler olub. Türkiyəli oyunçunun dəyəri 30
milyon avro artaraq 90 milyon avroya yüksəlib.

