Bakı. Trend:
Ukrayna ordusunun Quru qoşunlarının “Beynəlxalq legionlar” adı
altında yaradılmış dörd hərbi hissəsinin hər biri 2025-ci ilin
sonuna kimi ləğv olunacaq.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Ukrayna baş qərargahının planına əsasən əsasən, ləğv olunacaq
legionlardakı hərbçilər, o cümlədən əcnəbi döyüşçülər hərbi xidməti
bundan adi həmlə qoşunların sıralarında davam etdirəcək.
Ukrayna Silahlı Qüvvələri komandanlığı bildirir ki, bu islahat
təkamül prosesi xarakteri daşıyır və legionlar artıq öz rolunu
oynayıb.
BBC-nin Ukrayna xidmətinin yazdığına görə, bu qərar artıq
legionlarda xidmət edən hərbçilər arasında narazılıqla qarşılanıb.
Belə ki, onlardan bəziləri həmlə qoşunlarında “cərimə batalyonu”
döyüşçüləri – keçmiş məhbuslardan ibarət əsgərlərlə birgə döyüşmək
istəmir.

