
Bakı. Trend:
Bu həftə “Azeri Light CIF”, “Azeri Light FOB Ceyhan” və “Dated
Brent” markalı neftin orta qiymətləri azalıb.
Trend-in
məlumatına görə, Azərbaycanın “Azəri–Çıraq–Günəşli” yatağında hasil
olunan “Azeri Light CIF” markalı neftin orta qiyməti ötən həftə ilə
müqayisədə 1,42 ABŞ dolları və ya 2,1% azalaraq bir barel üçün
65,07 ABŞ dolları təşkil edib.
Həftə ərzində ən yüksək qiymət 66,00 ABŞ dolları, minimum qiymət
isə 64,36 ABŞ dolları olub.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı
neftin orta qiyməti bir barel üçün 63,09 ABŞ dolları təşkil edib
ki, bu da ötən həftə ilə müqayisədə 4,88 ABŞ dolları və ya 12%
azdır. Həftə üzrə maksimum qiymət 64,07 ABŞ dolları, minimum qiymət
isə 62,33 ABŞ dolları olub.
“Urals” markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə
3,9 ABŞ dolları və ya 8,7% azalaraq bir barel üçün 35,87 ABŞ
dolları səviyyəsində formalaşıb. Həftə ərzində maksimum qiymət
37,35 ABŞ dolları, minimum qiymət isə 34,51 ABŞ dolları olub.
“Dated Brent” markalı neftin orta qiyməti bir barel üçün 62,65
ABŞ dolları təşkil edib ki, bu da əvvəlki həftə ilə müqayisədə 1,71
ABŞ dolları və ya 2,7% azdır. Həftə ərzində bu markanın maksimum
qiyməti 63,77 ABŞ dolları, ən aşağı qiyməti isə 61,99 ABŞ dolları
olub.
|
Neft / Tarix |
08.12.2025 |
09.12.2025 |
10.12.2025 |
11.12.2025 |
12.12.2025 |
Orta qiymət |
|
Azeri LT CIF |
$66.00 |
$65.32 |
$65.23 |
$64.36 |
$64.43 |
$65,07 |
|
Azeri Light FOB Ceyhan |
$64.07 |
$63.40 |
$63.31 |
$62.33 |
$62.36 |
$63,09 |
|
Urals (EX NOVO) |
$37.35 |
$36.41 |
$36.09 |
$34.99 |
$34.51 |
$35,87 |
|
Dated Brent |
$63.77 |
$62.82 |
$62.58 |
$61.99 |
$62.09 |
$62,65 |

