
Bakı.Trend:
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən
tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən
əvvəllər məhkum olunmuş şəxslər Müşfiq Hüseynov və Anar Əsgərov
saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata
görə, M.Hüseynovdan ümumi çəkisi 7 kq olan psixotrop maddə
metamfetamin, narkotik vasitə marixuana, A.Əsgərovdan isə 2 kq
tiryək, heroin və narkotiklərin satışında istifadə olunan elektron
tərəzi götürülüb.
Hər iki şəxs narkotikləri sosial şəbəkələrdə tanış olduqları
şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədi
ilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan hər iki
şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

