İndoneziyada daşqınlardan ölənlərin sayı 1000 nəfərə çatıb

Baş səhifə

Bakı. Trend:

İndoneziyanın Sumatra adasında daşqın və torpaq sürüşmələri
nəticəsində həlak olan insanların sayı 1000 nəfərə çatıb, daha
218-nəfərin adı hələ də itkin düşmüş şəxslərin siyahısında
hallanır.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə İndoneziyanın Milli Təbii
Fəlakətlərin İdarəolunması Agentliyi məlumat yayıb.




Məlumata görə, bundan əvvəl qurbanların rəsmi sayı 950 nəfər
təşkil edirdi.

İndoneziyada təbii fəlakətlərə yol açan leysan yağışlar noyabr
ayının sonlarından davam edir. İzafi suların yaratdığı sel
binalara, yollara və infrastruktura ciddi ziyan vurub,
xilasedicilərin fəlakət zonasında olan yaşayış məntəqələrinə
çıxışını çətinləşdirib.