Bakıda bıçaqlanma hadisəsi törədilib

Baş səhifə

Bakı. Trend:

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Trend xəbər verir ki, hadisə
dekabrın 12-də Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi
ərazisində qeydə alınıb.




Belə ki, 1974-cü il təvəllüdlü Abdullayev Şahin Vəliyəddin oğlu
aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış
mübahisə zamanı tanışı 23.04.1994-cü il təvəllüdlü Nəbiyev Elvin
Qənbər oğlunun qarın boşluğunu dəlib keçən 1 ədəd bıçaq xəsarəti
yetirib.

Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də CM-nin 126.1-ci maddə ilə
cinayət işi başlanıb.