
Bakı. Trend:
Azərbaycan və “Meta” şirkəti arasında məkdaşlıq imkanları
müzakirə edilib.
Trend xəbər
verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad
Nəbiyev “X” hesabında paylaşım edib.
“ABŞ-də “Meta” şirkətinin qlobal əlaqələr üzrə direktoru Molli
Montqomeri ilə görüş keçirdik. Görüşdə Azərbaycanın “Meta” ilə
rəqəmsal idarəetmə və innovativ həllərin tətbiqi üzrə əməkdaşlıq
imkanları, eləcə də regional rəqəmsal ekosistemin inkişafına
yönəlmiş birgə layihələr ətrafında fikir mübadiləsi apardıq”, –
paylaşımda qeyd edilib.
Xəbər yenilənəcək

