Azərbaycan Ağ Evdə regionlararası enerji əməkdaşlığının inkişafını müzakirə edib

Baş səhifə
Azərbaycan Ağ Evdə regionlararası enerji əməkdaşlığının inkişafını müzakirə edib

Azərbaycan, Türkiyə, Mərkəzi Asiya və Avropa arasında enerji interkonnektorları Ağ Evdə müzakirə olunub.

“Report” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Müzakirələr P.Şahbazovun ABŞ-yə səfəri çərçivəsində Ağ Evdə Milli Enerji Üstünlüyü Şurasının icraçı direktoru Jarrod Agen ilə görüşdə olub.

“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) regionlarası enerji əlaqəliliyinin təmin edilməsi aspektində strateji əhəmiyyəti, Azərbaycan, Türkiyə, Mərkəzi Asiya və Avropa arasında enerji interkonnektorları, data mərkəzlərinin yaradılması və enerji təchizatı ilə bağlı fikir mübadiləsi apardıq”, – deyə nazir qeyd edib.