
Bakı. Trend:
Bu ilin oktyabr ayının sonuna olan vəziyyətə görə, Avropa
Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı layihələr
portfeli 925 milyon avro təşkil edir və 34 layihəni əhatə edir.
Bu barədə Trend
AYİB-ə istinadən xəbər verir.
Məlumata əsasən, bankın həmin layihələrdə iştirak payı 1 faiz
təşkil edir, əməliyyat aktivlərinin həcmi isə 700 milyon avro
səviyyəsində qiymətləndirilir.
Portfelin ümumi dəyərində özəl sektorun payı 39 faizdir.
AYİB Azərbaycanda fəaliyyətə başladığı dövrdən etibarən ölkə
iqtisadiyyatına ümumilikdə 3,694 milyard avro investisiya qoyub.
Ayrılmış vəsaitlərin ümumi həcmi 3,421 milyard avro təşkil
edir.
Bu günədək AYİB Azərbaycanda 199 layihənin həyata keçirilməsinə
dəstək göstərib.

