
Bakı. Trend:
Azərbaycan və ABŞ arasında enerji sektorunda əməkdaşlıq
imkanları müzakirə edilib.
Trend xəbər
verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” hesabında
paylaşım edib.
“Vaşinqtonda ABŞ ticarət nazirinin köməkçisi və Xarici Ticarət
Xidmətinin baş direktoru Devid L. Foqel ilə səmərəli görüş
keçirdik. Azərbaycanın geniş və şaxələndirilmiş regional enerji
təchizatı planları və layihələrinin icrasında, həmçinin potensial
sahələrdə ABŞ şirkətləri ilə əməkdaşlıq imkanlarına dair
müzakirələr apardıq”, – paylaşımda qeyd edilib.
Xəbər yenilənəcək

