Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Meksikada anılıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər
Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Azərbaycan
Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyində anım
tədbiri keçirilib.

Bu barədə Trend-ə Səfirlikdən məlumat verilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla
yad edilib, onun büstünün önünə əklil qoyulub.




Tədbir zamanı Ümummilli Liderin Azərbaycan xalqı və dövlətinin
tarixində oynadığı müstəsna rol, müasir Azərbaycanın qurulması və
möhkəmləndirilməsindəki əvəzsiz xidmətləri, eləcə də zəngin və
müdrik dövlətçilik irsi xüsusi vurğulanıb.

Tədbir çərçivəsində Ulu Öndər Heydər Əliyevin 1982-ci ildə
Meksikaya nümayəndə heyətinin rəhbəri kimi rəsmi səfərinə dair
video-reportaj nümayiş etdirilib. Nümayiş olunan materialların
Azərbaycan Televiziyasının Qızıl Fonduna aid nadir arxiv görüntülər
olduğu vurğulanıb. Bu səfərin Azərbaycan–Meksika münasibətlərinin
tarixi baxımından əhəmiyyəti diqqətə çatdırılıb.