Çin “Kuaizhou-11” raketi ilə iki peyk orbitə çıxarıb

Baş səhifə

Bakı. Trend:

Çin iki peyk daşıyan “Kuaizhou-11” raket daşıyıcısını uğurla
orbitə çıxarıb.

Trend-in
məlumatına görə, bu barədə Çin Mərkəzi Televiziyası xəbər
verib.




Məlumata əsasən, buraxılış Pekin vaxtı ilə səhər saat 9:08-də
Çinin şimalındakı Tzutsuan kosmodromundan həyata keçirilib. Bu, “Kuaizhou-11” üçün dördüncü missiyadır.

Bildirilib ki, “Di’er-5” sınaq kosmik aparatı “Xiwang-5-2” peyki
ilə birlikdə orbitə buraxılıb.