Mbappe, Holand və Yamal dünyanın ən bahalı futbolçuları siyahısında

Baş səhifə

Bakı. Trend:

“Transfermarkt” portalı İspaniya La Liqasında çıxış edən
futbolçuların bazar qiymətlərini yenidən nəzərdən keçirib.

Trend-in
məlumatına görə, “Real Madrid”in hücumçusu Kilian Mbappenin
transfer dəyəri 200 milyon avro olaraq müəyyən edilib.

Bu göstərici fransız futbolçunu dünyanın ən bahalı üç oyunçusu
sırasına daxil edir.




“Mançester Siti”nin forvardı Erlinq Holand və “Barselona”nın
cinah oyunçusu Lamin Yamal da Mbappe ilə eyni məbləğdə
dəyərləndirilir.

Onları ən yaxından izləyən futbolçu isə “Real Madrid”in hücuma
meyilli yarımmüdafiəçisi Cud Bellingemdir. Onun transfer qiyməti
160 milyon avro təşkil edir. Qeyd edək ki, son yeniləmədə ingilis
futbolçunun dəyəri 20 milyon avro azaldılıb. Bundan əvvəl
Bellingemin bazar dəyəri 180 milyon avro idi.